"Si Cinpinlə həmrəyik" - Peskov

"Si Cinpinlə həmrəyik" -    Peskov
  29 İyul 2022    Oxunub:1722
Kreml Çin rəhbəri Si Cinpinin ABŞ prezidenti Co Baydenin Tayvan məsələsində odla oynaması ilə bağlı fikri ilə həmrəydir. AzVision.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Şübhəsiz ki, həmrəyik. Biz suverenliyə hörmət edirik və hesab edirik ki, bu cür davranış yalnız əlavə gərginliyə səbəb ola bilər. Belə addımlar ancaq dağıdıcı ola bilər”, - Peskov bildirib.

Qeyd edək ki, bundan öncə Çin prezidenti Si Cinpin ABŞ prezidenti Co Baydenlə telefon danışığında bildirib ki, Çin separatizmə və “Tayvanın müstəqilliyinə”, eləcə də xarici qüvvələrin istənilən müdaxiləsinə qəti şəkildə qarşıdır.
Tural Tağıyev
AzVision.az



Teqlər: Tayvan   Peskov  



Xəbər lenti