İsveçrə bankı Rusiyanın BMT-dəki nümayəndəsinin hesabını bloklayıb

İsveçrə bankı Rusiyanın BMT-dəki nümayəndəsinin hesabını bloklayıb
  29 İyul 2022    Oxunub:1263
İsveçrə banklarından biri Rusiyanın BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Gennadi Qatilovun şəxsi hesabını bloklayıb. AzVision.az xəbər verir ki, bu barədə Rusiya mediasına daimi nümayəndəlikdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, İsveçrənin neytrallığını itirməsi ilə bağlı yaranan problemlər təkcə ikitərəfli siyasi və iqtisadi sahədə deyil, daimi nümayəndəliyin gündəlik həyatına da təsir edib.

"Diplomatik missiyamızın gündəlik həyatında yaranan süni maneələr də vəziyyəti daha da gərginləşdirir. Uzun müddətdir əməkdaşlıq etdiyimiz bir sıra banklar, sığorta və avtomobillərə texniki xidmət göstərən şirkətlər Rusiyadan olduğumuz üçün bizimlə bağladığımız müqavilələrdən imtina etmək qərarına gəliblər. Hətta Rusiyanın Cenevrədəki Daimi Nümayəndəsinin yerli bankda müalicə xərclərini ödəmək üçün istifadə edilən şəxsi hesabı da bağlanıb”, - Daimi Nümayəndəlikdən verilən məlumatda deyilir.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti