Ukraynalılara pulsuz plov paylayan özbək raket hücumundan öldü - VİDEO

   Ukraynalılara pulsuz plov paylayan özbək raket hücumundan öldü -    VİDEO
  30 İyul 2022    Oxunub:1689
Ukraynanın Çuqev şəhərində yerli sakinlərə pulsuz plov paylayan Özbəkistandan olan 36 yaşlı Sardor Hakimov raket zərbəsi nəticəsində ölüb. AzVision.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
"Onu bütün Çuquev tanıyırdı. Hamı sona qədər ümid edirdi ki, Sardor Hakimovun sağ qalacaq. O, həmişə gülümsəyirdi və çox pozitiv idi", - Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov məlum hadisə ilə bağlı deyib.

Yerli imam Timur Beridze isə deyibb ki, Sardor Hakimov raket atəşi zamanı zirzəmidə olub və orada plov hazırlayırmış.

Ukrayna mətbuatının məlumatına görə, Hakimov 2000-ci ildən Luqansk vilayətinin Severodonetsk şəhərində yaşayır. Müharibədən sonra, 2014-cü ildə Çuguevə köçüb. Orada özbək yemək mətbəxi və ədviyyat mağazası açıb. Ukrayna müharibəsi başlayandan sonra Hakimov ailəsini Özbəkistana göndərib və insanlara kömək etmək üçün Çuqevdə qalıb.

Qeyd edək ki, Sərdor Hakimov həm də iyulun 25-də dağıntılar altından xilas edilən Mənsur Hakimovun qardaşıdır.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti