"Putin Ərdoğanla Paşinyan arasında vasitəçiliyə başlayıb" - Politoloq

   "Putin Ərdoğanla Paşinyan arasında vasitəçiliyə başlayıb" -    Politoloq
  02 Avqust 2022    Oxunub:1323
Bu gün əvvəlcə Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ararat Mirzoyan, bir neçə saat sonra isə Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan telefonla danışıblar. Xarici işlər nazirləri Azərbaycanla Ermənistan arasında 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar razılaşmalarını müzakirə ediblər. Yayılan xəbərlərdə nazirlərin bölgədəki son durumu müzakirə edildiyi də yazılıb.
Məsələni AzVision.az -a şərh edən politloq Elxan Şahinoğlu deyib ki, erməni nazirin Azərbaycandan şikayət etdiyini proqnozlaşdırmaq mümkündür. Eyni mövzuları Vladimir Putinlə Nikol Paşinyanda müzakirə ediblər.

- Moskva Vaşinqtonin Cənubi Qafqazda fəallaşmasından, Vaşinqtondan Bakıya və İrəvana edilən zənglərdən narahatdır, bu telefon danışıqlarının detallarını özü üçün müəyyənləşdirməyə çalışır. Vaşinqtondan sonra Moskvadan Bakı və İrəvana edilən zənglərin mahiyyətində bu amil dayanır. Bundan başqa Vladimir Putin bir neçə gündən sonra türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Soçidə görüşəcək. Putin bir növ Ərdoğanla Paşinyan arasında vasitəçilik etməyə başlayıb. Necə ki, Ərdoğan Moskva ilə Kiyev arasında vasitəçilik edir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Putin   Ermənistan   Türkiyə  



Xəbər lenti