Pelosinin təyyarəsi Tayvana endi- YENİLƏNİB(Video)

 Pelosinin təyyarəsi Tayvana endi-  YENİLƏNİB(Video)
  02 Avqust 2022    Oxunub:2579
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin olduğu təyyarənin Tayvanda enişi ilə bağlı xüsusi xidmətə başlanılıb. AzVision.azxəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bildirilir ki, ABŞ hərbi qırıcılarının müşayiət etdiyi təyyarə artıq aeroportdadır.


***
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin olduğu təyyarə Tayvanın paytaxtı Taypey hava limanına enəcək.

Pelosiyə görə keçirilən yeni hərbi təlimlərin görüntüləri yayıldı- VİDEO
AzVision.az xəbər verir ki, bunun real olmasını "Flightradar" resursunda əks olunan məlumatlar sübut edir.

Təyyarənin təyinat yeri bir neçə dəqiqə əvvəl ortaya çıxıb. Bundan əvvəl təyyarənin adaya eniş edib-etməyəcəyi tam məlum deyildi.

Ancaq maraqlıdır ki, "Reuters" göyərtəsində Pelosinin olduğu Amerika təyyarəsinin Taypey hava limanına enmək üçün müraciət etmədiyini yazıb.

Tayvanda isə artıq Pelosinin təyyarəsinin enişini gözləyirlər. Binalardan birində "Sevgi. Ümid. Sülh" yazısı da yazılıb.

Qeyd edək ki, Tayvan (və ya Çin Respublikası) suverenliyi 14 dövlət tərəfindən qəbul edilən qismən tanınan dövlətdir. Formal olaraq Çin Respublikası 1911-ci ildə yaradılıb, lakin faktiki olaraq bu dövlət Tayvan adasında 1950-ci illərin əvvəllərindən mövcuddur. Belə ki, Çində vətəndaş müharibəsindən sonra Pekində hakimiyyətdən endirilən Qomindan Partiyasının tərəfdarları ora qaçıblar. Həmin dönəm ABŞ Çin Xalq Respublikasını tanımayaraq ancaq Tayvandakı hökuməti legitim hesab edirdi.

1970-ci illərin əvvəllərinə qədər Çini BMT-də faktiki təmsil edən Tayvan olub. Lakin ABŞ-ın o dönəmki Prezidenti Riçard Niksonun Çinə səfərindən və ABŞ-Çin münasibətlərinin yaxşılaşmasından sonra ABŞ kommunist Çinin beynəlxalq hüququn subyekti olması ilə razılaşıb. Beləliklə, nəzəri olaraq Tayvana istənilən səfər rəsmi Pekinin nöqteyi-nəzərindən qanuna ziddir.

Buna baxmayaraq, ABŞ rəsmi olaraq Tayvanla möhkəm iqtisadi və siyasi, o cümlədən müdafiə sahəsində sıx əlaqələr saxlayır.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Təyyarə   Tayvan  



Xəbər lenti