Tayvan alternativ uçuş marşrutlarını axtarır

   Tayvan alternativ uçuş marşrutlarını axtarır
  03 Avqust 2022    Oxunub:933
Tayvan adası Yaponiya və Filippinlə Çin ordusunun hərbi təlimləri nəticəsində yaranan məhdudiyyətlər səbəbindən hava uçuşları üçün mümkün alternativ marşrutlar barədə danışıqlar aparır.
Bu barədə Tayvan Mərkəzi Xəbər Agentliyi nəqliyyata cavabdeh olan yerli departamentlərə istinadən məlumat yayıb. Müvafiq idarə, struktur və xidmətlərin günün birinci yarısında baş tutan iclasında uçuşların məhdudlaşdırılması ilə bağlı mümkün tədbirlər müzakirə edilib. Qurumun məlumatına görə, hələlik konkret qərarlar qəbul edilməyib.

Hazırda aviasiya marşrutlarının və gəmilərin hərəkətinin tənzimlənməsi üzrə işlər aparılır. Bundan əvvəl Taypey Taoyuan hava limanı avqustun 4-də 40-a yaxın reysi ləğv etmək niyyətində olduğunu təsdiqləyib.


AzVision.az



Teqlər:



Xəbər lenti