Amerikada mediaya inam ən aşağı həddə enib - "Gallup"

   Amerikada    mediaya inam    ən aşağı həddə enib -    "Gallup"
  03 Avqust 2022    Oxunub:1320
Amerika ictimaiyyətinin mediaya inamı tarixən müşahidə olunan ən aşağı səviyyədədir. Bunu “Gallup”un bu yaxınlarda keçirdiyi sorğunun nəticələri sübut edir.
ABŞ vətəndaşlarının yalnız 16%-i qəzetlərdə oxuduqlarına, 11%-i televiziyada gördüklərinə inanır. Qalanları (bu isə müvafiq olaraq 84% və 89%-dir) əmindirlər ki, “The New York Times”, “The Washington Post”, ABC, NBC, CNN və digərləri yumşaq desək, cəfəngiyyat yaymaqla məşğuldur.

“Gallup” vətəndaşların mediaya münasibəti ilə hər il maraqlanır: 1973-cü ildən qəzetlərin, 1993-cü ildən isə televiziyaların durumu izlənilir. Ən maraqlısı odur ki, bu sorğuların bütün tarixi ciddi eniş tendensiyası göstərir. Amerikalılar sonuncu dəfə qəzetlərə ən çox 1979-cu ildə (51%), televiziyaya isə 1993-cü ildə (46%) etibar ediblər.

Bir il əvvəl sorğunun nəticələrini dərc edən Gallup həqiqətən apokaliptik mənzərəni təqdim etdi. Sanki bundan daha pisi ola bilməzdi. Ancaq keçən il daha pis ola biləcəyi ortaya çıxdı: inam 2021-ci ilə nisbətən daha 5% azalıb.

Maraqlıdır ki, Gallup media sorğusu amerikalıların müxtəlif dövlət və ictimai qurumlara etibar dərəcəsini yoxlayan geniş araşdırmanın bir hissəsinə çevrilib. Media siyahının sonundadır. Ondan aşağıda yalnız Konqresdir.

Nadir Quliyev
AzVision.az



Teqlər: Media  



Xəbər lenti