ABŞ Finlandiyaya nəhəng desant gəmisi göndərir

ABŞ Finlandiyaya nəhəng desant gəmisi göndərir
  03 Avqust 2022    Oxunub:1366
Amerika desant gəmisi "USS Kearsarge" cümə günü Finlandiya paytaxtının limanına daxil olacaq. AzVision.az xəbər verir ki, bu barədə Finlandiya Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
Məlumatda o da vurğulanır ki, gəmi Hernesaari limanına yanaşacaq və ictimaiyyət üçün açıq olmayacaq.

"USS Kearsarge" və ekipajı 8-19 avqust tarixlərində Finlandiya Hərbi Dəniz Qüvvələri ilə birlikdə Baltik dənizinin şimal hissəsində, Hanko və Upinniemi bölgəsində təlimləri davam etdirəcək. Təlimlərdə "USS Arlington" və "USS Gunston Hall" gəmiləri, həmçinin ABŞ Dəniz Piyadaları Korpusunun hissələri də iştirak edəcək", - Finlandiya Hərbi Dəniz Qüvvələrinin yaydığı xəbərdə deyilir.
"USS Kearsarge" uzunluğu 257 metr olan "Wasp" sinifli hücum gəmisidir. Gəmi bir neçə helikopter və kiçik amfibiya gəmilərini belə daşıya bilir. "USS Kearsarge" həmçinin 2000-ə yaxın dəniz piyadası və dənizçi daşıyır.

Tural Tağıyev
AzVision.az



Teqlər: ABŞ   Finlandiya   Gəmi  



Xəbər lenti