Banqladeş BVF və Dünya Bankından 2 milyard dollar istədi

   Banqladeş BVF və Dünya Bankından 2 milyard dollar istədi
  03 Avqust 2022    Oxunub:1686
Banqladeş hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankından 1 milyard dollar kredit almaq üçün müraciət edib.
Bu barədə Bloomberg məlumat yayıb. Qeyd olunub ki, enerji daşıyıcılarının dünya qiymətlərinin artması fonunda davamlı iqtisadi artımı dəstəkləmək və ticarət kəsirini azaltmaq üçün valyuta ehtiyatlarını doldurmaq üçün Dəkkə tərəfindən bu böyük maliyyə qurumlarından kreditlər tələb olunur.

Bloomberg bildirib ki, iyulun sonunda Banqladeş illik büdcəsini tarazlaşdırmaq və idxal alışlarını təmin etmək üçün BVF-dən 4,5 milyard dollar istəyib.

AzVision.az



Teqlər:



Xəbər lenti