Almaniyada il ərzində qazın qiyməti üç dəfə artıb

   Almaniyada il ərzində    qazın qiyməti üç dəfə artıb
  03 Avqust 2022    Oxunub:1923
Almaniyada istehlakçılar üçün qaz qiymətləri son bir il ərzində demək olar ki, üç dəfə artıb.
Bu barədə Almaniyanın "Bild" qəzeti yazıb. Qeyd olunub ki, Almaniyada qazın qiyməti yeni rekorda imza atıb. Keçən ilin avqustundan bu yana qazın qiymətində artım 184% təşkil edib.

Qəzet vurğulayıb ki, qazın hazırkı qiymətində orta alman ailəsi üçün onun illik istehlak dəyəri (təxminən 20 000 kVt/saat) 3500 avrodan çoxdur. Halbuki, 2021-ci ildə bu xərc 1300 avro təşkil edirdi.

AzVision.az


Teqlər:



Xəbər lenti