Rusiya orbitə İranın "Xəyyam" peykini buraxacaq

   Rusiya orbitə İranın  "Xəyyam"  peykini buraxacaq
  03 Avqust 2022    Oxunub:927
Rusiya avqustun 9-da Baykonur kosmodromundan “Soyuz” raketi vasitəsilə orbitə yeni peyk buraxacaq. AzVision.az xəbər verir ki, bu barədə "Roskosmos" məlumat yayıb. Məlumata görə, "Xəyyam" adlı peyk İranın sifarişi ilə hazırlanıb və Yerin məsafədən zondlanması üçün nəzərdə tutulub.
Qeyd edilir ki, "Xəyyam" "Roskosmos"un müəssisələrində istehsal edilib. İran peykindən əlavə, Rusiyanın aparıcı universitetləri, kommersiya şirkətləri və qeyri-kommersiya təşkilatları tərəfindən yaradılan 16 xüsusi kiçik aparat da orbitə çıxarılacaq.

Onlar elmi və texnoloji tədqiqatlar, o cümlədən peyklərarası rabitə texnologiyalarının inkişafı, elektromaqnit şüalanma səviyyəsinin ölçülməsi, Yerin məsafədən zondlanması və ekoloji vəziyyətin monitorinqi üçün nəzərdə tutulub.
Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti