İrəvanda anti-rus bəyanatı: "Qərəzlidirlər, beynəlxalq sülhməramlılar gəlsin"

    İrəvanda anti-rus bəyanatı:    "Qərəzlidirlər, beynəlxalq sülhməramlılar gəlsin"
  04 Avqust 2022    Oxunub:807
Ermənistanda anti-Rusiya ab-havası artmaqdadır. Bir neçə gün öncə Gümrüdə Rusiya Prezidenti Vladimir Putinin əleyhinə aksiyalar keçirildi. Sülhməramlı kontingentin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qeyri-qanuni erməni silahlı dəstələrinin terror-təxribat əməllərinə cavab tədbirlərinin görülməsindən sonra isə İrəvanda Moskvaya olan hiddət birə-beş artdı.
"Artsax bayrağı"nızı yığışdırıb Ermənistana qayıdın" - Sülhməramlı
Bu gün ölkənin aparıcı siyasi təşkilatlarından olan "Respublika" Partiyasının Siyasi Şurası bəyanat yayaraq rus hərbçiləri ittiham edib. Erməni siyasətçilər artıq çoxdan unudulmuş və funksiyasını itirmiş həmsədrlərə də müraciət ediblər.

Bildirilir ki, Rusiyanın Azərbyacanda qurduğu və müvəqqəti fəaliyyət göstərən monitorinq mərkəzi də fəaliyyətsiz haldadır. Partiya son günlər baş verən hadisələrə görə bütün məsuliyyəti sülhməramlıların üzərinə atıblar. Hətta beynəlxalq təşkilatlara ünvanlanan bu sənəddə "təkcə dünən deyil, 2020-2022-ci illərdə baş vermiş hadisələr göstərdi ki, Rusiya öz sülhməramlı missiyasını yerinə yetirmir" yazılıb.

“Respublika” Partiyası lap əvvəldən bəyan və israr edir ki, Qarabağdakı ermənilərin fiziki təhlükəsizliyinin və onların məskunlaşmasının yeganə yolu burada qərəzsiz və beynəlxalq sülhməramlıların yerləşdirilməsidir", - bəyanatda deyilir.

Erməni siyasətçi Qaregin Miskaryan da məlum hadisələrə reaksiya verərək ruslara olan hiddətini gizlətməyib. O qeyd edib ki, “Qarabağda yerləşdirilmiş rus sülhməramlılarının və Gümrüdəki 102-ci hərbi bazanın yalnız bir məqsədi var ki, bu da koloniyanı(Ermənistanı nəzərdə tutur-red.) Rusiyanın hakimiyyəti altında saxlamaqdır”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Sülhməramlı   Qarabağ   Ermənistan  





Xəbər lenti