Tovuzdan əvvəl Qazax: 2020-ci ildə erməni təxribatlarının qarşısı necə alınmışdı – FOTOLAR

      Tovuzdan əvvəl Qazax:    2020-ci ildə erməni təxribatlarının qarşısı necə alınmışdı –    FOTOLAR
  11 Avqust 2022    Oxunub:5968
Düşmən tərəfin 2019-cu ilin mart-aprel aylarında Babaqar dağı (700,6 m) yaxınlığında vəziyyəti dəyişmək üçün etdiyi çoxsaylı cəhdlər nəticə vermədi. Onların İpək Yolunun bir hissəsi və tranzit boru kəmərləri üzərində vizual nəzarət əldə etmək niyyəti Gürcüstan-Ermənistan qaz kəməri və yeni dayaq mənqələrimiz qarşısındakı açıq “sahədə” olduğu ortaya çıxan “Qazprom Ermənistan” GTS üçün birbaşa təhlükəyə çevrildi.
Təxribatların ilk istiqaməti: Babaqarda nələr olmuşdu – FOTOLAR
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yenidən qurulmuş istehkam xəttinin və sərhəd yol infrastrukturunun Ermənistanın enerji təhlükəsizliyi elementinin yanından sözün əsl mənasında yarımdairəvi şəkildə keçməsi “daşlar ölkəsi”nin hərbi komandanlığını ciddi şəkildə qayğılandırdı. Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı aşkar riskləri dərk edərək, artıq 2020-ci ilin əvvəlində təxribatların istiqamətini bir az cənuba yönəldir və alçaq snayper taktikasına keçir.

2020-ci il yanvarın 6-da Quşçu Ayrım (806 m) kəndi yaxınlığında mövqelərimizə doğru açılan atəşlə əsgər Fərzəli Fərzəliyev şəhid edildi. Fevralın sonunda isə sübh saatlarında düşmənin təxribat-kəşfiyyat qrupu Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Avey dağının yamacında yerləşən dayaq məntəqəsini ələ keçirməyə cəhd göstərdi. Bu hücum dəf edilərkən sıravi əsgər İbrahim Vəliyev qəhrəmancasına həlak oldu və ciddi müqavimətlə üzləşən düşmən heç nə əldə etmədən tələsik geri çəkildi...


Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi düşmənə sarsıdıcı cavab vermək üçün qat-qat güclü əməliyyat tədbirləri həyata keçirdi. İriçaplı zenit silahlarının tətbiqi nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bir neçə dayaq məntəqəsində həyat əlamətləri yoxa çıxdı, düşmənin məhv edilmiş və yaralanmış şəxsi heyətinin evakuasiyası bir neçə gün çəkdi. Çünki arxa ilə əlaqə yolları tamamilə sərhədçilərimizin atəş nəzarəti altında idi.

Məhz bundan sonra Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin fantastik versiyalar şöbəsinin cəsur hekayəçiləri hər cür yol qəzalarında və bədbəxt hadisələrdə ölən və yaralananların “qeydiyyatına” başladılar. Dağıdılmış sərhəd zastavalarını isə media “qala” adlandırdı. Lakin sərhədin Qazax hissəsində bütün müdafiə xəttinin bizim xeyrimizə yenidən format olunduğunu anlamaq üçün peyk xəritələrinə ötəri nəzər salmaq kifayətdir. Mühəndis bölmələrimiz qısa müddətdə Xoşkötan* (930 m), Qurumsulu* (720 m) kəndləri və Qərbi Azərbaycanın Barana* şəhəri istiqamətindəki yüksəkliklərdə kilometrlərlə yeni torpaq yollar çəkərək, əlavə dayaq məntəqələri salıblar. Bunlar İncəsu çayı yatağının və eyniadlı dərənin (İncə dərəsinin) strateji əhəmiyyətli su anbarı ilə birlikdə tamamilə əhatə olunmasına imkan verir. Bu ərazi əvvəllər erməni tərəfə silahlı təxribatlar təşkil etməyə imkan verirdisə, yeni postlar və müasir müşahidə avadanlığı düşmənin təxribat fəaliyyəti sıfıra endirdi.


Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 2019-cu ilin yazında Ermənistanla sərhəddə gördüyü infrastruktur işləri Kəmərli (550 m), Qaymaqlı (508 m), Aslanbəyli (373 m) kəndlərinin təhlükəsizliyini tam təmin edib. Nəticədə yaşayış məntəqələrinin perimetri ətrafında yerli sakinlərin sakit şəkildə kənd təsərrüfatı ilə məşğul olmaları üçün şərait yaranıb.


2020-ci ilin birinci rübünə nəzər salsaq əminliklə deyə bilərik ki, Ermənistan hərbçilərinin Azərbaycanla dövlət sərhədinin Qazax istiqamətində müdafiəni yarmaq cəhdlərinin hamısı iyul ayında baş vermiş Tovuzun Qaraqaya strateji yüksəkliyini almaq cəhdinin bir növ məşqi idi. Lakin Ermənistanın yeni siyasi rəhbərliyinin sərhəddə lokal qələbə qazanmaq və Azərbaycanın karbohidrogen ehtiyatlarının nəqlini təhlükə altına atmaq xülyaları yenə də iflasa uğradı. Sonradan nə baş verdiyi və KTMT qüvvələrini bölgəyə cəlb etmək üçün qaldırılan qanlı hay-küyün “daşlar ölkəsi”nin özünə qarşı çevrildiyi hamıya məlumdur...


İşğalçı ölkə öz şişirdilmiş təxminlərinin və kor ambisiyalarının qurbanı oldu. Əgər Ermənistandakı revanşist qüvvələr köhnə şakərlərindən əl çəkməsələr, savaş meydanında özünü sübut etmiş döyüşçülərimiz dəmir yumruğu yenidən onların əzabkeş başlarına endirməli olacaqlar...

Ötən müddət ərzində dövlət sərhədinin Ağstafa və Qazax istiqamətinin şimal hissəsində yeni yaradılan diviziyasının ümumi komanda-təsərrüfat mərkəzinə və Qazax Dövlət Sərhəd Xidməti nə dəstək məqsədilə yeni yollar salınıb, dayaq məntəqələri və müasir müşahidə vasitələri olan eşelonlaşdırılmış istehkam zolağı yaradılıb.


Ermənistanla dövlət sərhədinin delimitasiyası və demarkasiyası, habelə Qazax rayonunun işğal olunmuş və sərhədyanı kəndlərinin qaytarılması məsələsi tam həll olunana qədər nəqliyyat və enerji tranzit marşrutlarının, su ehtiyatlarının və yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi Azərbaycan sərhəd qoruyucularının prioritet vəzifəsi olmaqda davam edir.
-----------
* 1978-ci ildə Qərbi Azərbaycanın Xoşkötan kəndinin adı dəyişdirilərək Voskevan edilib.
* Qərbi Azərbaycanın Qurumsulu kəndinin adı dəyişdirilərək Barekamavan edilib.
* Qərbi Azərbaycanın Barana şəhəri 1938-ci ildə Noyemberyan adlandırılıb.


Hans Kloss ©
Xüsusi olaraq AzVision.az üçün



Teqlər: Babaqar  





Xəbər lenti