Sülhməramlı Qarabağda qəza törətdi: 4 ölü - FOTOLAR

   Sülhməramlı Qarabağda qəza törətdi:    4 ölü - FOTOLAR
  12 Avqust 2022    Oxunub:931
Rusiya sülhməramlıları müvəqqəti yerləşdikləri Qarabağ ərazisində ağır qəza törədiblər. AzVision.az xəbər verir ki, Xankəndi-Əsgəran yolunda baş verən qəza nəticəsində 4 qadın yerindəcə dünyasını dəyişib.
Ermənistan mediası yazır ki, qəza səhər saat 08:50 radələrində baş verib. Sülhməramlı kontingentin sürücüsü İ.Ya-nın (1992-ci il təvəllüdlü) idarə etdiyi HAVAL H9 markalı avtomobil kənd sakini E.Q.-nin idarə etdiyi (1996-cı il təvəllüdlü) VAZ-2107 markalı avtomobillə toqquşub.
Sonuncu avtomobilin sürücüsü sınıq və ağciyər xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Sərnişinlər H.G. (1971-ci il təvəllüdlü), N.D. (1970-ci il təvəllüdlü), L.M. (1972-ci il təvəllüdlü) və S.S. (1966-cı il təvəllüdlü) isə yerindəcə dünyasını dəyişib.






Tural Tağıyev
AzVision.az

Teqlər: Sülhməramlı   Qəza  







Xəbər lenti