İrəvan metrosunda terror həyəcanı

   İrəvan metrosunda terror həyəcanı
  31 Avqust 2022    Oxunub:927
Ermənistanda növbəti dəfə terror həyəcanı yaşanıb. AzVision.az xəbər verir ki, bu barədə kriminal xəbər saytı olan "Shamshiyan" məlumat yayıb.
Bildirilir ki, səhər saatlarında Ermənistan Fövqəladə Hallar Nazirliyinin 911 xidmətinə "Sasuntsi David" stansiyasında vaqonlarda partlayıcı qurğuların olması barədə xəbər daxil olub.

Xilasedicilər və istehkamçılar terror təhlükəsi olan stansiyaya cəlb ediliblər. Nəzarətə götürülmüş ərazidən vətəndaşlar təxliyə ediliblər, axtarış işləri aparılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Terror  



Xəbər lenti