Zelenski Blinken ilə görüşüb

   Zelenski Blinken ilə görüşüb
  08 Sentyabr 2022    Oxunub:724
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə ABŞ-ın dövlət katibi Entoni Blinken ilə görüşüb.
AzVision.az “RBK Ukraina”ya istinadən xəbər verir ki, görüş zamanı E.Blinken ABŞ-ın Ukraynaya təhlükəsizlik yardımının davam edəcəyini bildirib.

O söyləyib ki, Vaşinqton lazım olduğu müddətcə Kiyevi dəstəkləyəcək.

Dövlət katibi, həmçinin V.Zelenskini NATO müttəfiqlərinin Ukraynaya 2,2 milyard dollar uzunmüddətli investisiyalar vermək niyyəti barədə məlumatlandırıb.

Qeyd edək ki, E.Blinken sentyabrın 8-də elan edilmədən Kiyevə səfər edib.

AzVision.az


Teqlər:



Xəbər lenti