Bu il Avropada son 31 ilin ən isti yayı olub

Bu il Avropada son 31 ilin ən isti yayı olub
  08 Sentyabr 2022    Oxunub:811
Bu il Avropada son 31 ilin ən isti yayı olub. Belə ki, qitədə ötən illə müqayisədə havanın temperaturu 0,4 dərəcə yüksəlib.
AzVision.az xəbər verir ki, bu barədə Kopernik peyk monitorinq proqramının ekspertləri məlumat verib.

"Yay aylarında havanın temperaturu 1991-2020-ci illərlə müqayisədə orta hesabla 1,34 dərəcə yüksəlib", - onların hesabatında deyilir.

İstilər səbəbindən yaranan meşə yanğınları nəticəsində Aİ ölkələrində ən azı 700 min hektar sahə məhv edilib ki, bu da bütün müşahidələr tarixində mütləq maksimum olub.

Qeyd edək ki, avqustun 23-də Avropa Komissiyasının Birgə Araşdırma Mərkəzi Avropanın son beş əsrin ən pis quraqlığını yaşadığını açıqlayıb. Təbii fəlakət səbəbindən Aİ ölkələrinin əksəriyyətində xəbərdarlıqlar elan edilib.

AzVision.az



Teqlər:



Xəbər lenti