Britaniyanın yeni kralı III Çarlz adlandırılacaq

 Britaniyanın yeni kralı III Çarlz adlandırılacaq
  08 Sentyabr 2022    Oxunub:2543
Böyük Britaniyanın baş naziri Liz Truss Kraliça II Yelizavetanın ölümündən sonra xalqa müraciət edib. O, Şahzadə Çarlzın İngiltərəni IIIÇarlz adı ilə idarə edəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, Baş nazir açıqlamada kraliça II Eelizabetin ölümünün millət və dünya üçün böyük şok olduğunu deyib.

"Elizabet Böyük Britaniyanın üzərində qurulduğu qayadır. Onun sayəsində ölkəmiz böyükdür. Kraliça Britaniyanın ruhu idi və həmişə belə olacaq”, - deyə Truss bildirib.

***

Böyük Britaniya kraliçası II Elizabetin ölümündən sonra taxt-tac oğlu Çarlza keçəcək.

AzVision.az xəbər verir ki, Britaniya taxt-tacı varislik aktına görə, Elizabet Çarlzın böyük oğluna keçir. Noyabrda onun 74 yaşı tamam olacaq.

Qeyd edək ki, bu gün Kraliça II Yelizaveta 96 yaşında vəfat edib. Britaniya bayraqları bütün ölkə ərazisində yarıya qədər endirilib, əyləncə proqramları medianın yayım şəbəkələrindən çıxarılıb.

Tezliklə Liz Truss xalqa müraciət edəcək, Çarlz isə radioda çıxış edəcək.

Kraliça II Yelizaveta on gündən sonra dəfn olunacaq.

AzVision.az



Teqlər:



Xəbər lenti