Latviya prezidenti Zelenskini ən yüksək hərbi ordenlə təltif etdi

   Latviya prezidenti Zelenskini ən yüksək hərbi ordenlə təltif etdi
  09 Sentyabr 2022    Oxunub:1416
Latviya prezidenti Egils Levits cümə günü Ukrayna prezidenti Vladimir Zelenskiyə Latviyanın ən yüksək hərbi mükafatı - Viestura ordenini təqdim edib. Bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.
“Bu gün Kiyevdə keçirilən görüşdə Latviya Prezidenti Ukrayna dövlətinin başçısına Latviya Respublikasının ən yüksək hərbi mükafatı – “Vestura” ordenini təqdim edib”, - məlumatda deyilir.

Viestura ordeni 1938-ci ildə təsis edilib. 1940-cı ildə Latviyanın SSRİ-yə qoşulmasından sonra fəaliyyətini dayandırıb və 2004-cü ildə yenidən bərpa edilib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti