Pakistan kraliçaya görə matəm elan edəcək

   Pakistan kraliçaya görə matəm elan edəcək
  11 Sentyabr 2022    Oxunub:1070
Sabah Pakistanda Böyük Britaniyanın mərhumə kraliçası II Elizabetin vəfatı ilə əlaqədar matəm elan ediləcək.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin baş nazir Şahbaz Şərif sərəncam imzalayıb.

Bildirilib, matəm çərçivəsində bütün ölkədə bayraqlar yarıya qədər endiriləcək. Eyni zamanda, ölkə ərazisindəki bütün əyləncəli tədbirlər ləğv olunacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti