Ərdoğan Putinlə Zelenskini görüşdürmək istəyir
Qəzet yazır ki, Putinlə Türkiyədə liderlərlə görüş təklifini təkrarlayan prezident Ərdoğan məsələnin diplomatik yolla həllini vurğulayacaq. Rusiya və Türkiyə prezidentlərinin danışıqlarında Suriyada mümkün hərbi əməliyyatın da gündəmdə olacağı gözlənilir.
Bundan əlavə, Putin və Ərdoğan “taxıl dəhlizi”nin effektivliyini müzakirə edə bilərlər. Vurğulanıb ki, Ərdoğan Rusiyadan malların Türkiyənin koordinasiya etdiyi gəmilərlə dəhliz boyu göndərilməsini xahiş edəcək.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçu PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçirmək planını Rusiya liderinin diqqətinə bir daha çatdıracaq.
Xatırladaq ki, Şanxay Əməkdaşlığı Təşkilatının Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Səmərqənd səfirinin ardınca Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-22-də ABŞ-da səfərdə olacaq. O, sessiyada Rusiya-Ukrayna müharibəsində taxıl tədarükü, Yunanıstanla Türkiyə arasında gərginlik, terrora qarşı mübarizəyə dair ismarış verəcək.
AzVision.az
Teqlər: ŞƏT







Vaxtında, Aydın, Lazımlı!


