Avstraliya III Çarlzdan imtina edə bilər

   Avstraliya III Çarlzdan imtina edə bilər
  12 Sentyabr 2022    Oxunub:782
Avstraliyanın Baş naziri Entoni Albaneze Böyük Britaniyanın yeni Kralı III Çarlzı ölkənin başçısı hesab etməkdən imtinaya dair referendumun keçirilməsinin mümkünlüyünü istisna etməyib.
O, bu barədə “ABC News Breakfast” verilişində məlumat verib. Baş nazir Avstraliyada respublikanın yaradılması ilə bağlı referendum keçirilə bilərmi sualına cavabında bunun “uyğunsuz” görünəcəyini qeyd edib, lakin bu ideyanı rədd etməyib.



Siyasətçi eyni zamanda xatırladıb ki, onun əsas məqsədi ölkə konstitusiyasına aborigenlərin Avstraliyanın ilk sakinləri kimi qeyd olunmasını və onlar üçün məsləhətçi orqanın yaradılmasını daxil etməkdir. Kraliça II Elizabetin vəfatından sonra Böyük Britaniyanın yeni Kralı III Çarlz rəsmi olaraq Avstraliya dövlətinin başçısı elan edilib.


AzVision.az


Teqlər:



Xəbər lenti