Qazaxıstan ukraynalı səfiri ruslara görə ölkədən çıxarıb?

   Qazaxıstan ukraynalı səfiri ruslara görə ölkədən çıxarıb?
  12 Sentyabr 2022    Oxunub:699
Qazaxıstan hakimiyyəti Ukraynanın Nur-Sultandakı səfiri Petr Vrublevskinin ruslar haqqında söylədiyi sözlərə görə ondan ölkə ərazisini tərk etməsini tələb etməyib.
Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Onun sözlərinə görə, Ukrayna səfiri hazırda məzuniyyətdədir və Qazaxıstan hakimiyyəti onun ölkədən çıxarılması üçün tələblər irəli sürməyib. Eyni zamanda o, etiraf edib ki, diplomat hazırda gələcək karyerası ilə bağlı rəhbərliyi ilə məsləhətləşir.

AzVision.az


Teqlər:



Xəbər lenti