Paşinyan və Mişel sərhəddəki vəziyyəti müzakirə ediblər

    Paşinyan və Mişel sərhəddəki vəziyyəti müzakirə ediblər
  13 Sentyabr 2022    Oxunub:898
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının prezidenti Şarl Mişellə telefonla Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə edib. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Avropa Şurasının rəhbəri regionda sülh və sabitliyə alternativin olmadığını qeyd edib və vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün səy göstərməyə hazır olduğunu bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti