"Əlimizdə uçan naməlum obyektlərə aid görüntülər var"

"Əlimizdə uçan naməlum obyektlərə aid görüntülər var"
  13 Sentyabr 2022    Oxunub:702
ABŞ Hərbi Dəniz Qüvvələri uçan naməlum obyektlər haqqında yeni açıqlama verib. Naməlum obyektlərə aid olan, lakin dərc olunmayan görüntülərin olduğunu qeyd edib.
2020-ci ildə Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin uçan naməlum obyektlər ilə bağlı minlərlə sənədi əldə olunub. Hökumətə bağlı olan “The Black Vault” saytı ABŞ Hərbi Dəniz Qüvvələrindən sənədləri yayımladıqdan sonra əllərində olan görüntüləri paylaşmağı xahiş edib. Qurumdan cavab isə yalnız iki il sonra gəlib.

"Milli Təhlükəsizlik səbəbi ilə şəkillər paylaşacağıq"- deyə Hərbi Dəniz Qüvvələrindən cavab gəlib.

2019-cu ildə pilotların təlim uçuşları zamanı Pentaqonun lentə aldığı görüntülər mediada öz əksini tapıb. Görüntülərdə havada yer alan naməlum obyektlər diqqət çəkib.

Şəms Şahinli
AzVision.az


Teqlər:



Xəbər lenti