Sərhəddə gərginlik: KTMT iclas keçirir

  Sərhəddə gərginlik:  KTMT iclas keçirir
  13 Sentyabr 2022    Oxunub:923
Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclası çağırılıb. Bu barədə çərşənbə axşamı Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib.
"Ermənistan Təhlükəsizlik Şurası səhərə qədər iclas keçirib, iclasda Ermənistan prezidenti, parlamentin spikeri iştirak edib. KTMT-yə müraciət etmək qərara alınıb", - Paşinyan bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti