Markov İrəvanın hərbi təxribatlarının səbəbini açıqladı

   Markov İrəvanın hərbi təxribatlarının səbəbini açıqladı
  13 Sentyabr 2022    Oxunub:817
Rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Ermənistanın Azərbaycanla sərhəddə törətdi hərbi təxribatları şərh edib. AzVision.az xəbər verir ki, rusiyalı politoloq bu cür lokal toqquşmaların davamlı olacağını proqnozlaşdırıb.
"Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatlar yenidən başladı. Buna səbəb Azərbaycan, Ermənistan və Rusiyanın 2020-ci ilin noyabrın 10-da üçtərəfli sazişinin qərarlarının yerinə yetirilməməsidir. Birincisi, Ermənistan öz qoşunlarını Qarabağdan tam çıxarmayıb.

İkincisi, nəqliyyat dəhlizləri hələ də hazır olmayıb. Onlardan ən mühümü Zəngəzur dəhlizidir ki, o, Ermənistan ərazisindən keçməklə Türkiyə - Naxçıvan - Zəngəzur - Azərbaycanın əsas ərazisi - Rusiya marşrutu üzrə təşkil olunmalıdır.

Üçüncüsü Ermənistan sərhədlərin demarkasiyası və delimitasiyası işini süründürməçiliyə salır. Çünki Azərbaycan aid olan onlarla kiçik əraziləri geri vermək istəmir.

Dördüncüsü, Qarabağ ərazisinin ermənilərin yaşadığı bir hissəsi Azərbaycana heç bir reinteqrasiya həyata keçirmir. Orada heç bir kompromis əldə olunmayıb. Bu məsələlər həll olunmayana qədər vaxtaşırı döyüşlər davam edəcək", - ekspert özünün teleqram kanalında yazıb.

Sergey Markov öz proqnozunu da səsləndirib.

"İndi bir neçə gün döyüşlər olacaq. Azərbaycanın daha güclü ordusu kiçik bir əraziyə nəzarəti ələ keçirəcək. O zaman vasitəçilər atəşkəsə nail olacaqlar", - Markov yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan   Təxribat  



Xəbər lenti