Putin gecə Paşinyanla sərhəddəki vəziyyəti müzakirə edib

   Putin gecə Paşinyanla sərhəddəki vəziyyəti müzakirə edib
  13 Sentyabr 2022    Oxunub:505
Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla gecə saatlarında telefon danışığı aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. Bildirib ki, sərhəddəki eskalasiya müzakirə olunub.

“Dünən gecə Ermənistanın baş naziri Paşinyanla telefon danışığı olu. Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, orada baş verən ciddi eskalasiya müzakirə edilib”, - Kreml sözçüsü bildirib.

"Baş tutan söhbətə uyğun olaraq, hazırda ekspertlər səviyyəsində intensiv iş aparılır. Hələlik başqa məlumat verməyəcəyəm,bu işin nəticəsini aldığımız zaman informasiya veriləcək", - o əlavə edib.

Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti