"Azərbaycan və İsrail Avropaya qaz tədarükünü artırır" - Deutsche Welle

   "Azərbaycan və İsrail Avropaya qaz tədarükünü artırır" -    Deutsche Welle
  13 Sentyabr 2022    Oxunub:700
İsrail 2021-ci ildə Avropa İttifaqının Rusiyadan aldığı qazın təxminən 10%-ni əvəz edə bilər.
AzVision.az xəbər verir ki, bu barədə "Deutsche Welle" məlumat yayıb. Nəşr İsrailin baş naziri Yair Lapidə istinad edib. Həmçinin qeyd edilir ki, Azərbaycan da Avropa İttifaqına qaz tədarükünü artırdığını açıqlayıb.

AK rəhbəri: "Azərbaycan kimi etibarlı qaz təchizatçılarına keçid üzərində işləyirik"
"Azərbaycanın energetika naziri Pərviz Şahbazov qeyd edib ki, 2022-ci ildə ölkəsindən Avropaya qaz nəqlinin ümumi həcmi 12 milyard kubmetr olmalıdır ki, bu da əvvəli tədarüklə müqayisədə 30% çoxdur", - nəşr yazıb.

Azərbaycan, Gürcüstan, Türkiyə və Yunanıstandan keçən qaz dəhlizinin genişləndirilməsi də nəzərdə tutulub. Kəmərin ötürücülük qabiliyyəti ildə 20 milyard kubmetrə qədər artırıla bilər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   İsrayıl   Azərbaycan  



Xəbər lenti