Sirli “ətirşah”: Rusların yeni PUA-sı haradan çıxdı?!

      Sirli “ətirşah”:    Rusların yeni PUA-sı haradan çıxdı?!
  13 Sentyabr 2022    Oxunub:1203
Ukraynanın Kupyansk rayonunda Rusiyaya məxsus “süzən sursat” tipli naməlum PUA-nın qalıqları tapılıb. Aparatın üstündəki "Geran-2" yazılsa da, maraqlıdır ki, indiyədək Rusiyada bu adda PUA-nın varlığı haqda heç bir informasiya olmayıb.
Bəs bu "Geran" ("Ətirşah") adlı PUA haradan çıxdı, yaxud, bitdi?



Mütəxəssislərin fikrincə, üstünə "Geran-2" yazılmış aparat əslində İranın “Shahed-136” adlı süzən sursatlarıdır. Onların konstruksiyasının praktik olaraq eyniliyi bunu iddia etməyə əsas verir.



Böyük ehtimalla, ruslar sadəcə, “Shahed-136” yazısını silərək, yerinə "Geran-2" həkk ediblər. Əks təqdirdə, yoxdan PUA yarana bilməz.

Doğrusunu isə yalnız Allah bilir, çünki o hər şeyə “Shahed”dir.

Samir Quliyev
AzVision.az



Teqlər: PUA   Rusiya   Ukrayna  



Xəbər lenti