Şimali Kiprin Prezidenti Azərbaycana başsağlığı verib

   Şimali Kiprin Prezidenti Azərbaycana başsağlığı verib
  14 Sentyabr 2022    Oxunub:660
Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlarla əlaqədar tviter hesabında paylaşım edib.
AzVision.az xəbər verir ki, paylaşımda deyilir: “Azərbaycan-Ermənistan sərhədində təxribatlar nəticəsində Azərbaycan Ordusunun həlak olan qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verirəm.

Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin iki ölkənin dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlar nəticəsində 50 hərbiçimiz şəhid olub. Azərbaycan Ordusu tərəfindən dərhal cavab tədbirləri görülüb, düşmənin təxribatlarının qarşısı qətiyyətlə alınıb.


AzVision.az



Teqlər:



Xəbər lenti