Rusiyalı səfir sülh müqaviləsi üçün Bakı və İrəvana səfər edəcək

  Rusiyalı səfir sülh müqaviləsi üçün Bakı və İrəvana səfər edəcək
  14 Sentyabr 2022    Oxunub:807
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri İqor Xovayev sülh müqaviləsinin mətni üzərində işi davam etdirmək üçün sentyabrda Bakı və İrəvana müntəzəm səfərlər edəcək.
AzVision.az xəbər verir ki, bunu RİA Novosti-yə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar deyib.

O qeyd edib ki, Moskvanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına kömək etmək səylərində sülh müqaviləsinin hazırlanması mövzusu mühüm yer tutur.

Qonçar xatırladıb ki, bu səylərə sistemli və məzmunlu xarakter vermək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrov xüsusi tapşırıqlar üzrə səfir Xovayevə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına yardım məqsədilə xüsusi nümayəndə funksiyalarını həvalə edib.

- Xovayev sülh müqaviləsi mövzusu ilə bağlı məsləhətləşmələr aparmaq, müqavilə layihəsinin razılaşdırılmasını asanlaşdırmaq üçün tərəfdaşların mövqelərində ümumi əsaslar axtarmaq üçün mütəmadi olaraq Bakı və İrəvana səfərlər edir. Onun regiona növbəti səfərləri bu ay həyata keçiriləcək, - Qonçar qeyd edib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya  



Xəbər lenti