Keçmiş prezident prokurorluğa trolleybusda getdi
"Bu gün mən bura maşınla deyil, ictimai nəqliyyatla gəldim və sözün əsl mənasında trolleybusda “işçi iclası” keçirə bildim”, -deyə Dodon prokurorluğun girişində jurnalistlərə bildirib və qeyd edib ki, sərnişinlər ona ölkədəki vəziyyəti danışıblar və dəstəklərini ifadə ediblər.
Onun sözlərinə görə, prokurorlar ona zəng edərək 4 ay əvvəl evində axtarış zamanı ələ keçirilən kompüterinin parolunu istəyiblər.
“Siz başa düşməlisiniz ki, indi idarə “parkda gəzinti” ruhunda ailə şəkillərinə və pişiklərlə videolara baxmaqdan sərbəst həzz ala biləcək”, - deyə keçmiş prezident zarafat edib.
Qeyd edək ki, Dodon mayın sonunda saxlanılıb və ona qarşı dövlətə xəyanət, qanunsuz varlanma, korrupsiya və partiyanı qanunsuz maliyyələşdirmə ittihamları irəli sürülüb. Eks-prezident deyib ki, onun günahsızlığına dair sübutları var.
Prokurorluq onun həyat yoldaşını da qanunsuz varlanmada şərik olmaqda ittiham edib, ona ölkədən çıxışı qadağan edilib, qardaşı isə bu iş üzrə həbs edilib. Avqustda Kişinyov məhkəməsi prokurorların tələbi ilə Dodonun ev dustaqlığının müddətini sentyabrın 21-dək uzadıb.
Şahanə Rəhimli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


