KTMT missiyası hələ Ermənistan və Azərbaycan sərhədinə getməyib - Peskov

   KTMT missiyası hələ Ermənistan və Azərbaycan sərhədinə getməyib -    Peskov
  14 Sentyabr 2022    Oxunub:635
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyası hələ Ermənistana getməyib. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
"Hələ gəlməyib (KTMT missiyası - red.), mən bildiyimə görə. Yenə də qərar dünən axşam saatlarında verilib, hələ formalaşdırılmalıdır, ora çatmaq lazımdır", - Peskov jurnalistlərə deyib.

Peskov Ermənistan-Azərbaycan sərhədində gərginliyin qaldığını da qeyd edib.

"Birmənalı olaraq, gərginlik qalmaqdadır. Bilirsiniz ki, dünən KTMT missiyasının Zasın rəhbərlik etdiyi sərhədə getməsi qərara alınıb. Onlar dövlət başçılarına hesabat təqdim edəcəklər, bu hesabata baxılacaq", - Rusiya prezidentinin mətbuat katibi bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti