Zelenskinin avtomobili qəzaya düşdü - VİDEO

   Zelenskinin avtomobili qəzaya düşdü -    VİDEO
  15 Sentyabr 2022    Oxunub:1068
Ukrayna prezidenti Volodimir Zelenskinin avtomobil kolonu qəzaya uğrayıb. AzVision.az xəbər verir ki, bu barədə Zelenskinin mətbuat katibi Sergey Nikiforov məlumat yayıb.
Hadisə Kiyevdə baş verib. Bildirilir ki, Zelenskinin xidməti avtomobili ilə minik avtomobili toqquşub. - Volodimir Zelenskini müşayiət edən həkimlər minik avtomobilinin sürücüsünə yardım göstəriblər. Sürücü təcili tibbi yardım maşınına təhvil verilib. Prezident müayinə olunub, ciddi xəsarət aşkar edilməyib, - Nikiforov deyib.



Tural Tağıyev


Teqlər: Ukrayna  



Xəbər lenti