Onun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədində yaranmış eskalasiya ABŞ emissarlarının Cənubi Qafqazın işlərinə səs-küylü müdaxiləsinin nəticəsidir. “Bundan sonra belə bir fikir formalaşdırıla bilər ki, İrəvan və Bakı birgə vasitəçilik səylərinin ağırlıq mərkəzini Rusiyadan ABŞ-a keçirməyə çalışırlar”,- Kolerov deyib.
- Məgər döyüşlərin Azərbaycanın başlatmasına şübhə edirsiniz?
- Nəzərə almaq lazımdır ki, cəbhədə hər gün qoşunların müəyyən hərəkətləri olur və burada yeni heç nə yoxdur. Azərbaycanın "Ermənistanın aqressiv hərəkətlərinə reaksiya vermişik" kimi rəsmi açıqlaması formal olaraq doğrudur. Hər zaman hansısa hərbi hərəkətləri tapmaq, ona rast gəlmək olar: maşın keçdi, mühafizəçilər, kiminsə başına nəsə gəlməsi və s. Amma bu fəaliyyətlərə reaksiya kimi ilkin rəsmi məlumatlara görə 49 nəfərin öldürülməsi Azərbaycanın həmin güclü cavaba hazırlaşdığını deməyə əsas verir. Əməliyyatı bir günə hazırlamayıblar.
- Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına(KTMT) müraciət etdi. İrəvan ilk növbədə KTMT-dən kömək gözləyir, elə deyilmi?
- KTMT üzvlərinin arasında Azərbaycanın tərəfdarları çoxluq təşkil edir. Birincisi, orada qərarlar konsensusla qəbul edilir. Əgər Nikol ABŞ-ın və ya dostu Mişelin (Şarl Mişeli nəzərdə tutur - red.) bu münaqişəyə cəlb edilməsinin onu nədənsə xilas edəcəyini düşünürdüsə, yanıldı. Çünki biz Şərqdə yaşayırıq və Şərqdə istənilən güzəşt zəiflik kimi qəbul edilir. Bakı Paşinyanın məlum 5 prinsiplə bağlı razılaşmasını zəiflik əlaməti kimi qəbul etdi və sona qədər getməyə qərar verdi. Azərbaycan təzyiq göstərməyə davam edəcək.
- Necə?
- Rəsmi məlumatlara görə, Zəngəzurda dəhliz adlandırılan ərazilərdə maksimum 40 min insan yaşayır. Həmin yerlərdə hərbi əməliyyatların keçirilməsi yerli əhalinin buradan sıxışdırılıb çıxarılması, ərazidə dinc yaşayışın mümkünsüz olmasına şərait yaratmaq məqsədi daşıyır. Əhali oradan getdikdən sonra onsuz da kimsəsiz olan Zəngəzurda nəqliyyat və yük daşımaları həyata keçirənlərdən başqa xarici qüvvə də qalmayacaq.
|
| "Rusiya ermənilərin əvəzinə Ermənistanı qorumayacaq" - Kolerov |
- Atışmalar başlayanda sosial şəbəkələrdə belə fikirlər formalaşdı ki, Azərbaycan döyüşlərlə bağlı Rusiya ilə razılaşıb. Bunu necə şərh edərdiniz?
- Biz sosial şəbəkələrdə yazılanları izləyən şəxslər olaraq bilirik ki, Kremlin bütün sirlərini bilən insanlar var. Bunun isə bir yozumu var: Ermənistanın kapitulyasiyasında, İrəvanın edə bilmədiyi hər şeydə həmişə Rusiya günahkardır...
- Paşinyan dedi ki, bizə silah satmayan ölkələr var. Çünki ehtiyat edirlər ki, bu Azərbaycanın xoşuna gəlməyə bilər. Təbii ki, o Rusiyanı nəzərdə tutur. Həmçinin silah satmaq istəyib, lakin uyğun silahları olmayan ölkələr də var. Niyə son iki ildə Rusiya bizə silah vermir?
- KTMT həqiqətən də zəif təşkilatdır. Lakin Ermənistan Rusiyadan yalnız KTMT üzvü olduğu üçün daxili qiymətlərlə silah alır. Ermənistan azad bazardan heç vaxt bir tank da ala bilməz. Nikol Vovayeviç istəyir ki, ona silahları pulsuz versinlər?! "Vermək" nə deməkdir ax? Get, al. Mən Rusiyanın Ermənistandan hərbi bazasını çıxarmamasına təəccüblənirəm.
- Niyə çıxarmadı?
- Çünki Gümrüdəki baza arxaikləşib. "Erebuni" hava limanı baza yox, sadəcə filialdır. Onların işə düşməsi üçün Ermənistanın indi olduğu kimi ritorik şəkildə deyil, KTMT-yə ciddi şəkildə müraciət etməlidir. İrəvan Azərbaycanla rəsmi sərhədə malik olmalıdır. Hətta qorunmayan bu sərhədlərlə bağlı danışıqlar belə aparılmır.
- Yaxşı, sizcə xilas yolu nədədir?
- Nikol Vovayeviçlə bağlı heç bir illüziyam yoxdur. O, bu yaxınlarda Vladivostokda keçirilən forumda Putinə şəxsən dedi ki, Rusiya Ukraynadakı müharibəyə həddindən artıq diqqət yetirir. Ondan dostcasına soruşmaq istərdim: sən dəli olmusan? Kobud şəkildə desək, sizin üçün qəhrəmanlarımız “zibil”dir və sadəcə Brüssel önəmlidir? Əmin olun ki, bizdə hər şey qeydə alınıb. Moskvada hər şeyi görür, bilirik və heç bir illüziyamız yoxdur. Mən onun nə istədiyini bilirəm. O, BMT vasitəsilə sülhməramlılarımızın mandatını zəiflətmək istəyir. Bu, yalnız veto hüququna və çoxluğa sahib olan ABŞ vasitəsilə edilə bilər. Bunlar olmasa, mandat da olmayacaq. Siz Rusiya sülhməramlılarını çıxarmaq və onların yerinə BMT sülhməramlılarını gətirmək istəyirsiniz.
- Yaxşı, biz nə edək, insanlarımız nə etsin?
- Ermənilərin dostu kimi sizə deyim. Baxmayaraq ki, mənim ideyam ölkənizdə populyar deyil, Ermənistanın müttəfiq ölkəyə birləşməkdən başqa yolu yoxdur. Mən təbliğat aparmaq istəmirdim, çünki məndə olan məlumata görə, bunu nə erməni xalqı, nə də Rusiya istəyir.
Tural Tağıyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


