"Rusiya kimi müttəfiqlə bizə heç düşmən də lazım deyil" - Ter-Nakalyan

   "Rusiya kimi müttəfiqlə bizə heç düşmən də lazım deyil" -    Ter-Nakalyan
  15 Sentyabr 2022    Oxunub:955
Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlar İrəvana baha başa gəldi. Artıq 100-dən çox itkinin olduğu açıqlanıb. Maraqlıdır ki, erməni cəmiyyəti belə bir mənzərə fonunda Rusiyaya qarşı aqressiv mövqe sərgiləməyə başlayıb.
Bəzi siyasətçilər, fəallar və ziyalılar hətta aşkar anti-Rusiya mövqeyi tutaraq İrəvanı Moskva ilə müttəfiqliyə son qoymağa çağırırlar.

Məsələn, “Adekvad” hərəkatının təsisçisi Konstantin Ter-Nakalyan yerli mediaya verdiyi açıqlamada deyib ki, Moskva proseslərin üstündən keçir.

- Dünən Fransa, ABŞ, ATƏT, Avropa İttifaqı bizim üçün kifayət qədər məqsədyönlü çağırışlar etdilər. Rusiya isə hər iki tərəfə müəyyən müraciətlər edir və bu ağır vəziyyətdə bizə ən çox Zasın kömək edəcəyinə qərar verirlər. Yeri gəlmişkən, dünən Ermənistan-Rusiya ikitərəfli razılaşmasının işə düşməsi üçün müraciət elan olundu. Lakin bundan da bir səs çıxmadı. Bu gün səhər isə Rusiya Xarici İşlər Nazirliyi Qərbi Rusiyanı Zaqafqaziyadan sıxışdırmaq cəhdində ittiham etdi... Belə bir müttəfiqlə bizə düşmən də lazım deyil, - Ter-Nakalyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti