II Elizabetin tabutunu mühafizə edənin ürəyi getdi - VİDEO
Yaxınlıqda olan polislər köməyə gəliblər. Mərasimdən canlı yayım qısa müddətliyinə kəsilib.
Qeyd edək ki, 70 ildən çox Böyük Britaniyaya rəhbərlik edən II Elizabet sentyabrın 8-i 96 yaşında Şotlandiyada vəfat edib. Kraliçanın ölümündən sonra oğlu III Çarlz taxta oturub. Onun həyat yoldaşı Kamilla isə kraliça-konsort statusu alıb.
14 sentyabr Londonda yerləşən Vestminster sarayında II Elizabet ilə ictimai vida mərasimi başlayıb. Şahzadə Uilyam və Harri ataları III Çarlz ilə birlikdə mərhum kraliçanın tabutunu Bukingem sarayından Vestminster sarayına yola salıblar.
Vida mərasimi 19 sentyabr II Elizabetin dəfni ilə başa çatacaq. Dəfn gününədək tabut mühafizəçilər tərəfindən qorunacaq.
Şəms Şahinli
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


