Peskov: Putin və Əliyev sərhəddəki vəziyyəti müzakirə edəcəklər

      Peskov:    Putin və Əliyev sərhəddəki vəziyyəti müzakirə edəcəklər
  15 Sentyabr 2022    Oxunub:1066
"Kreml ümid edir ki, KTMT qrupu bu həftə Ermənistan-Azərbaycan sərhədinə gedəcək, bu mövzu Rusiya və Azərbaycan prezidentlərinin görüşündə müzakirə olunacaq".
AzVision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.

"Bu həftə ümid edirik ki, KTMT-nin baş katibi Stanislav Zasın başçılıq etdiyi təftiş qrupu KTMT dövlət başçılarına hesabat hazırlamaq üçün sərhədə gedəcək.

Sabah isə Prezident Putin Əliyevlə görüşəcək, təbii ki, bu da gündəmin əsas mövzusu olacaq”, - deyə Peskov bildirib.

Qeyd edək ki, KTMT-nin birgə qərargahının rəhbəri Anatoli Sidorov onun rəhbərlik etdiyi qrupun bu gün axşam saatlarında İrəvana gedəcəyini bildirib.

Xatırladaq ki, Rusiya və Azərbaycan liderlərinin görüşü bu gün ŞƏT sammitinin işə başladığı Səmərqənddə keçiriləcək. Ermənistanın baş naziri Nikol Paşinyan tədbirə qonaq qismində dəvət edilsə də, sərhəddəki vəziyyətlə əlaqədar səfərini ləğv edib.

Şahanə Rəhimli
AzVision.az




Teqlər:



Xəbər lenti