“Xiaomi” sonumuzu gətirə bilər?

   “Xiaomi” sonumuzu gətirə bilər?
  15 Sentyabr 2022    Oxunub:983
Çində Xiaomi şirkətinin Redmi Note 11T Pro modelli smartfonunun partlaması nəticəsində bir gənc şəxs xəsarət alıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sentyabrın 13-də baş verib. Yaralanan gəncin şəkilləri sosial şəbəkədə paylaşılıb.

Fotolarda oğlanın bud və əl nahiyyəsində ağır yanıq xəsarətinin olduğu görünür. Məlumata görə, smartfon gəncin şalvarının cibində olarkən alovlanmağa başlayıb.

Redmi Note 11T Pro qəzat nəticəsində yararsız hala gəlib. Nasazlıq telefonun batareyası olan hissədə yaranıb.

Çində smartfonun nasazlığı səbəbi ilə baş verən bu insident son həftənin artıq ikinci hadisəsidir.

Qeyd edək ki, Hindistanda bir qadının Redmi 6A modelli smartfonu partlayıb. Alovlanma qadının ölümü ilə nəticələnib.

Şəms Şahinli
AzVision.az



Teqlər:



Xəbər lenti