İsveç tarixində ilk qadın Baş naziri istefa verib

   İsveç tarixində ilk qadın Baş naziri istefa verib
  15 Sentyabr 2022    Oxunub:799
Daha əvvəl parlament seçkilərində məğlub olduğunu etiraf edən İsveçin Baş naziri Maqdalena Andersson istefa ərizəsini parlamentin spikeri Andreas Norlenə təqdim edib.
Bu barədə Nordic News portalı məlumat yayıb. İsveç Sosial-Demokrat Fəhlə Partiyasının lideri olan və İsveç tarixində ilk qadın Baş nazir yeni hökumətə müxalifətdə olan Sosial Demokratların rəhbərlik edəcəyini bildirib.

Sentyabrın 11-də krallıqda parlament seçkiləri keçirilib. Səslərin 99%-nin hesablanmasının nəticələrinə görə, Mötədil Koalisiya Partiyası, Liberallar, Xristian Demokratlar Partiyası və İsveç Demokratlarının təmsil olunduğu sağ partiyalar bloku öndədir.

Hakim partiyaların qırmızı-yaşıl bloku (İsveç Sosial-Demokrat Fəhlə Partiyası, Sol Partiya, Yaşıllar və Mərkəz Partiyası) 48,8% səs toplayıb. Hər bir partiya bloku parlamentdə müvafiq olaraq 176 və 173 yer qazanacaq.

AzVision.az


Teqlər:



Xəbər lenti