Erməni müxalifəti baş nazirliyə namizədini açıqlayacaq

   Erməni müxalifəti baş nazirliyə namizədini açıqlayacaq
  15 Sentyabr 2022    Oxunub:858
Müxalifət tezliklə Ermənistanın baş nazirliyinə namizədini açıqlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərə açıqlama verən "Hayastan" fraksiyasının deputatı Qeqam Manukyan deyib.

- Nikol Paşinyan olmasaydı, bu gün baş verən proseslər olmazdı. 35 deputatın imzasını toplamışıq, cəmi 18-i qalıb. İmza vərəqində namizədimizin adını da göstərəcəyik. Artıq bununla bağlı qərar vermişik. Bu mövzuda və yaxın gələcəkdə müvafiq açıqlama verəcəyik, -Manukyan deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:



Xəbər lenti