Sukiasyan Paşinyana görə jurnalistin üstünə qışqırdı - VİDEO

   Sukiasyan Paşinyana görə jurnalistin üstünə qışqırdı -    VİDEO
  15 Sentyabr 2022    Oxunub:889
Ermənistanın hakim partiyasından olan deputat, məşhur iş adamı Xaçatur Sukiasyan jurnalistin üstünə qışqırıb.
AzVision.az xəbər verir ki, jurnalist Sukiasyana Paşinyanın impiçmenti prosesinə qoşulub-qoşulmayacağı ilə bağlı sual verib. Bundan sonra əsəbi şəkildə danışan deputat yersiz və dəxilsiz məsələlərin qaldırıldığını iddia edib.

- Bunu kim deyir? Hansı impiçmentdən danışırsız? Hər bir insan özü üçün yeni bir mahnı kəşf edir və oxumağa başlayır. Bunu o siyasi qüvvələr uydurub ki, onlarda utanmaq deyilən şey yoxdur. Abırları olsaydı, dövlətin təməllərinin yanında dayanardılar, - Sukiasyan jurnalistə qışqır-bağırla cavab evrib.

Qeyd edək ki, Xaçatur Sukiasyanın baş nazir Nikol Paşinyanın əsas dəstəkçilərindən, hakimiyyətdə qalmasını maliyyələşdirən əsas güclərdən biri sayılır.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ermənistan  



Xəbər lenti