"Sülh müqaviləsi ilə bağlı işlər dayanmayıb" - Zaxarova

   "Sülh müqaviləsi ilə bağlı işlər dayanmayıb" -    Zaxarova
  15 Sentyabr 2022    Oxunub:661
"Hazırda gərginliyin artmasına baxmayaraq, İrəvanla Bakı arasında sülh müqaviləsinin hazırlanması üzrə işlər dayanmayıb". AzVision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik brifinq zamanı deyib.
"Bu, əsas prioritetdir. Rusiya tərəfi lazımi yardımı göstərir. ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri, Rusiya xarici işlər nazirinin Ermənistan-Azərbaycan münaqişəsi üzrə xüsusi nümayəndəsi İqor Xovayev sentyabrın 8-9-da Bakıda və 13-14 sentyabr tarixlərində İrəvanda səfərdə olub”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, əsas mövzu sülh müqaviləsi layihəsinin müzakirəsi olub. Rusiya XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Rusiya tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışır. O, müvafiq səylərin davam etdiriləcəyinə əminliyini bildirib və xatırladıb ki, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış üçtərəfli saziş regionda nizamlanma üçün əsas olaraq qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti