Ermənistanda qan çatışmazlığı yarandı

Ermənistanda qan çatışmazlığı yarandı
  15 Sentyabr 2022    Oxunub:614
Ermənistanda vətəndaşlara təcili şəkildə qan vermələri ilə bağlı çağırış edilib.
AzVision.az xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb. Bilirilir ki, xüsusən də mənfi 3 və 4-cü qrup qanı olan şəxslər donor kimi aidiyyəti qan bankları mərkəzlərinə müraciət etsinlər. Donor olmaq istəyənlər üçün əlaqə nömrələri də yerləşdirilib.

Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi hərbi təxribatlardan sonra erməni ordusu xeyli sayda itki və yaralı verib.

Tural Tağıyev
AzVision.az



Teqlər: Qan   Donor  



Xəbər lenti