Türkiyəli futbolçu Azərbaycana dəstək olub

Türkiyəli futbolçu Azərbaycana dəstək olub
  15 Sentyabr 2022    Oxunub:622
Türkiyənin "Başakşehir" klubunda çıxış edən Almaniya millisinin sabiq futbolçusu Mesut Özil Azərbaycan - Ermənistan sərhədində baş verənlərlə bağlı paylaşım edib.
AzVision.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi şəxsi instaqram hesabında öz dəstəyini nümayiş etdirib

Özil şəhid olan Azərbaycan əsgərlərinə Allahdan rəhmət diləyib və onların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, Mesut Özil Vətən müharibəsi dönəmində də eyni addımı atıb.



AzVision.az



Teqlər:



Xəbər lenti