ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim edəcək

  ABŞ Ukraynaya daha bir hərbi yardım paketi təqdim edəcək
  15 Sentyabr 2022    Oxunub:787
"Birləşmiş Ştatlar Kiyevə çox yaxında daha bir hərbi yardım paketi təqdim edəcək, ehtimal ki, bu paketə qabaqcıl raket sistemləri və haubitsalar daxildir. AzVision.az xəbər verir ki, bu barədə cümə axşamı Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi CNN telekanalının efirində bildirib".
"Düşünürəm ki, çox, çox yaxında siz administrasiyadan xüsusi səlahiyyətlərin əlavə istifadəsi ilə bağlı daha bir elan görəcəksiniz. Bu isə o deməkdir ki, Müdafiə Nazirliyi silahları anbardan götürüb birbaşa Ukraynaya ötürə bilər".

O, yeni silah tədarükünün nə vaxt açıqlanacağını dəqiqləşdirməyib.

Kirbi əlavə edib ki, Ukraynaya hərbi yardım paketi ən son çatdırılmalara bənzəyəcək.

"Söhbət Ukrayna hərbçilərinin ölkənin cənubunda və Donbass bölgəsində döyüşlərdə istifadə etdiyi silahlardan gedir",-ABŞ administrasiyasının nümayəndəsi bildirib.

O əlavə edib ki, Birləşmiş Ştatlar Kiyevə lazım olduğu qədər kömək etməkdə davam edəcək.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:



Xəbər lenti