İsveçdəki soydaşlarımızdan Ermənistanla bağlı Avropa Şurasına müraciət

İsveçdəki soydaşlarımızdan Ermənistanla bağlı Avropa Şurasına müraciət
  15 Sentyabr 2022    Oxunub:726
İsveç–Azərbaycan Assosiasiyası ölkəmizin dövlət sərhədində Ermənistanın genişmiqyaslı təxribatı ilə əlaqədar Avropa Şurasının Parlament Assambleyasına (AŞPA) və Avropa Evinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Assosiasiyanın rəhbəri Nadir Hollenbrandın imzası ilə AŞPA deputatlarına və Avropa Evi nümayəndələrinə ünvanlanan bəyanatda Ermənistan silahlı qüvvələri bölmələrinin sentyabrın 12-də gecə saatlarından başlayaraq törətdikləri hərbi təxribat barədə ətraflı məlumat verilib.

Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

Bildirilib ki, Azərbaycan əsilli isveçlilər yaranmış durumdan çox narahatdır. Çünki beynəlxalq hüququn normalarına məhəl qoymayan Ermənistanın Cənubi Qafqaz bölgəsində normallaşma və sülh prosesinə hər vəchlə mane olmağa çalışdığı açıq-aşkar göz qabağındadır.

Assosiasiya avropalı deputatları və siyasətçiləri Ermənistanın təcavüzkarlıq siyasətini pisləməyə, qəsbkar ölkənin revanşizm ideyalarına birdəfəlik son qoyulması, həmçinin sülhə sövq edilməsi istiqamətində səylərini artırmağa çağırıb.

AzVision.az


Teqlər:



Xəbər lenti