ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər

   ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər
  15 Sentyabr 2022    Oxunub:1398
ABŞ prezidenti Cozef Baydenin administrasiyası britaniyalı yazıçı Salman Rüşdinin “sui-qəsdini təhrik etdiyinə” görə İran hakimiyyəti ilə əlaqəli təşkilatlara qarşı sanksiyalar tətbiq etməyi düşünür.
AzVision.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb. Materialda deyilir ki, yazıçının qətlinə görə mükafat təklif etdiyinə görə belə təşkilatların qlobal maliyyə sisteminə çıxışı məhdudlaşdırıla bilər. Administrasiya hesab edir ki, təklifin özü artıq hücumçuları motivasiya edə bilər.

Birləşmiş Ştatlar hesab edir ki, İran hakimiyyəti ilə əlaqəli təşkilatlar İranın ali lideri Ayətullah Xomeyninin Rüşdinin küfrə görə cəzalandırılmasını tələb edən fətvasını (dini göstərişi) dəstəkləməkdə məsuliyyət daşıya bilər. İran rəhbərliyinin nəzarətində olduğu iddia edilən “Xordad-15” xeyriyyə təşkilatı məhdudiyyətlərə məruz qala bilər.

Qeyd edək ki, 1997-ci ildə fond Rüşdini öldürənə 2,5 milyon dollar “mükafat” vəd etmişdi. 2012-ci ildə bu məbləğ 3,3 milyon dollara yüksəldi.

AzVision.az



Teqlər:



Xəbər lenti