Almaniya “Marder” zirehli maşınlarını Ukrayna üçün bərpa edib

Almaniya “Marder” zirehli maşınlarını Ukrayna üçün bərpa edib
  15 Sentyabr 2022    Oxunub:1033
Almaniyanın “Rheinmetall” şirkəti 1960-cı il istehsalı olan 16 ədəd Marder -1A3 piyada döyüş maşınını bərpa edib.
Bu barədə AzVision.az “Rheinmetall” şirkətinin bəyanatına istinadən xəbər verir. Dünya Silah Ticarətinin Təhlili Mərkəzi bildirib ki, nəzəri olaraq, bu zirehli maşınlar Ukrayna Silahlı Qüvvələrinə verilə bilər, lakin Almaniya hökuməti şirkətə hələlik ixrac lisenziyası verməyib.

Qeyd olunub ki, “Rheinmetall” daha 14 avtomobili bərpa etməyə başlayıb. Xatırladaq ki, şirkət Almaniyanın anbar bazalarından piyada döyüş maşınları alır və onları xarici müştəriyə kommersiya məqsədi ilə təkmilləşdirir.

AzVision.az


Teqlər:



Xəbər lenti